Registeriert:Amtsgericht Köln 20AR49/88
Azərbaycan Kültür
Ocağı
Ocaq demokratik bir cəmiyyetdir ki,
onun hədəfi: Xaricədə yaşayan qabaqcıl və ölkələrine bağlı
azərbaycanlılar arasında əlaqə ve fikir birliyi yaratmaqç Azərbaycanın
dil, kültür, incəsənətç folklorç və başqa milli xüsusiyyətlərini
tanıtdırıb irəli yürüdülməsinə calışmaqdır.
Ocaq kamilən müstəqil
bir quruluşdur ki, heç bir siyasi, dini, bir təşqilata bağlı olmayıb
və heç bir siyasi, dini qüvvənin də fikirlerini təbliğ etmir.
Ocağən bütün
yığlncaqları və yayınları Azərbaycan dilində olacaqdır.
§1 Azerbaycan Kültür
Ocağı əsasnaməsi
Adı və qeyd olunduğu
yer:
1-
Cəmiyyətdə adı:
Azərbaycan Kültür Ocağı.
2-
Ocaq qəydə yetişdikdən sonra qeyd olunmuş bir
cəmiyyət kimi tanınır.
3-
Cəmiyyətin qeyd olunduğu yer “Köln” şəhəridir.
4-
İş ili məsihi il olaraq hesablanır.
§2 Ocağın hədəfi –
xeyriyyəlik
-
Azərbaycan
Kültürünü genişləndirib, onu tanıyıb ve tanıtdırmaq. Ana dilimizin
düzgün yazıb-oxunması bacarığına yiyələnərək gələcək nəslə
öyredilməsi yolunda calişmaq. Ocaq təşqil tapandan sonra onun “ “
adında rəsmi orqanı olacaqdır.
-
Ocaq yalnıy
xeyirxah bir cəmiyyətdir ki, Alman vergi qanunlarıda xeyirxah
cəmiyyətlərə tanınan imtiyazlarla uygunluq təskil etməkdədir. Ocaq
fədakarlıq prinsiplərinə dayanan bir quruluşdur ki, öz iqtisadi
hədəfleri üçün çalışmır.
-
Ocağın gəlirləri
yalnız əsasnaməde qeyd olunan hədəflərə uygun səkildə xərclənməlidir.
Üzvlerin heç bir şəkildə payı yoxdur və bu gəlirlər xüsusi hədəflər
üçün xərclənə bilməz.
-
Ocağın
gəlirlərindən ocağın hədəflərinə uygun olmayan yerlərdə xərclənə
bilməz.
-
Ocaq bağlandığı və
ya ocağın hədəflərinin dəyişdiyi təqdirdə onun var-yoxu (pulu,
eşyaları) özüne uygun bir cəmiyyətin ixtiyarında qoyulur. Ya da bir
xeyriyye cəmiyyətinə verilir.
§3 Üzviyyət
-
Almaniyada yasayan
bütün azərbaycanlılar istədikleri halda bu ocağa üzv ola bilərler.
Basqa şəxslər (azərbaycanlı olmayanlar) könüllü üzv ola bilərler.
-
Üzv olmaq işteyen
hər kəs adını, ixtişasını, evli-subaylığını, yaş və ünvanını yazıb
vərməlidir. O, bu iştəyi ilə ocağın əsasnaməsine qəbul edir. Müdir
heyyəti onun istəyinin qəbul olmasına qərar verir. Onun qəbul
edilməsinə hec bir səbəb göstərmək lazım deyil.
§4 Üzvlerin haqları
və vəzifələri
-
Ocağa üzv olan hər
kəs ocağın hədəfleri uğrunda calışmalıdır. Onun plan və qərarlarını
yerinə yetirməlidir.
-
Ocağın seckilərində
iştirak edib, secmək və seçilmək haqqına malikdir. Bunu basqasına
həvalə edə bilməz. Hər üzvün altı ay üzv olmaq sərtilə səs vermək
haqqı var.
§5 Üzviyyət haqqı
-
Hər üzvün “üzviyyət
haqqı” verməsi zəruridir. Bu il başa catmadan bir illik olaraq
verməlidir. Üzviyyət miqdarı qurultay tərəfindən tə’yin edilir.
-
Üzviyyət haqqı bir
il geriyə düşdüyü təqdirdə iki dəfə xatirladılır, təkrar
keçirilmədiyi halda üzviyyətlikdən silinir.
§6 Üzviyyətin
silinməsi
-
Üzyiyyət sona catar:
a)
Üzvün öldüyündə.
b)
Üzvün öz istəyi ile.
c)
Üzviyyət siyahısından silindiyində.
d)
Ocaqdan atıldığı halda.
-
Öz istəyi ilə
ocaqdan cıxmaq ancaq il sonunda olar. O bu istəyini müdir heyyətinin
birinə yazılı şəkildə sentyabrın 30-a qədər təqdim etməlidir.
-
Üzviyyət haqqı
verməyənlerin adları 5-ci maddənin 2-ci bölümünə əsasən müdir
heyyətinin qərarına görə siyahıdan silinir.
-
Müdir heyyətinin
qərarına görə bir üzvün adı mühüm delil üzündən silinə bilər.
Silinməyə səbəb olan delillər:
a)
Üzviyyət haqqı verməmək.
b)
Əsasnaməyə uymamaq, ocağın aldığı qərarlara və
mənafeyinə qarşı hərəkət etmək.
c)
Ocağın daxilində və xaricində Ocağa qarsi
sədaqətsiz hərəkət etmək.
d)
Ocağın pulundan və gəlirlərindən xüsusi hədəflər
üçün istifadə etmek.
e)
Ocağa maddi ve əxlaqi zərər vurmaq.
f)
Müdir heyyəti tərəfindən buna bənzər hərəketlerin
nəzərə alınması sonucunda da silməyə qərar ola bilər.
Qərar alınmadan qabaq
həmin üzvə yazılı və ya şifahi olaraq özünü müdafiə haqqı verilməlidir.
Müdir heyyətinin
qerarı ilə bir və ya bir necə nəferin adı olduğu şəkildə silinə bilər.
Müdir heyyətinin bu qerarı qurultay zamanı üzvlərin hüzurunda e’lan
edilir.
§7 Ocağın orqanları
Ocağın orqanları
bunlardan ibarətdir:
a)
Müdir heyyəti
b)
Qurultay
§8 Müdir heyyəti
-
Müdir heyyəti sədr,
sədr müavini və mühasibdən ibarətdir (qanuna görə “müdir heyyəti”
deyirlər). Ocağın sədri Ocağın hüquqi mə’ suludur. O olmadıqda bu
vəzifəni sədr müavini və sonra da mühasib icra edə bilərler.
-
Müdir heyyəti
qurultayı tərəfindən seçilir. Müdir heyyətinə seçilmək üçün en azı
bir il üzv olmaq lazımdır. Müdir heyyəti üzvlerin arasından əl
qaldırmaqla iki il müddəti üçün seçilir.
-
Yeni müdir heyyəti
seçilənə qədər qabaqki heyyəti vəzifəsində qalmalıdır. Müdir heyyəti
təkrar olaraq bir daha seçilə biler (yalniz bir dəfə).
-
Müdir heyyətinin
üzvlerindən biri hər hansi səbəblərə görə ocaqdan ayrılsa onun
yerini diğər üzvlərden biri tuta bilər.
§9 Müdir heyyətinin
vəzifəleri
Müdir heyyəti Ocağın
bütün fəaliyyətlərinə görə mə’suliyyət daşıyır. O zamana qədər ki, bu
fəaliyyət əsasnaməyə görə Ocağın ayrı bir orqanına verilməmişdir. Onun
əsas vəzifəsi bunlardan ibrətdir:
1)
Qurultaya hazırlıq.
2)
Qurultayın çağrılması.
Yeni iş ili üçün bir
fəaliyyət və büdcə plani hazırlayıb, kəcən il üçün də qeyd olunmuş
büdcə və fəaliyyətlerin yekun nəticələri barədə ətraflı mə’lumatın
verilməsi.
3)
Yeni iş qərarlari baglamaq və baglanan iş
qərarlarini ləgv etmek.
4)
Üzv olub-olmamaq və ya qeydlərin silinməsi barədə
qərar vermək.
Müdir heyyəti Ocağın
hüquqi nümayəndəsidir.
§10 Qurultay
-
Qurultay hər ilin
ilk ayı içində təşkil tapır. İki həftə əvvəl qurultayın programı
e’lan edilməlidir.
-
Qurultayda hər
üzvün bir səs haqqı vardır. Iştişna hallarda səs haqqı yazılı olaraq
basqa birisinə verilə bilər. Vəkalət hər qurultaya ayrı-ayrı
verilməlidir. Bir üzv ancaq üc nəfəri təmsil edə bilər.
-
Qurultay aşağıdaki
mövzular haqqında qərar verə bilər:
3.1
Müdir heyyətinin gələcək il üçün hazırladığı büdcə
və fəaliyyət proqramını qəbul edib, kecənilin yekun nəticəlerini
tə’yin etmək, qabaqki müdir heyyətinin fəaliyyətnə son vermək.
3.2
Üzviyyətlik pulunu tə’yin etmək.
3.3
Yeni müdir heyyəti secmək.
3.4
Əsasnaməni dəyişdirmək.
3.5
Üzviyyət gəlirlərinin və xərclərinin tə’yini.
3.6
Müdir heyyətinin üzvləri üzvlükdən silinməsi barədə
aldıqları qərarlar haqqında plan tutmaq.
3.7
Ocağın baglanmasına qərar vermək.
Müdir heyyətinin
mə’suliyyəti xaricinde olan mövzular haqqında qurultay məsləhət qerarı
alar, eyni zamanda müdir heyyəti də adı keçən durumlarda qurultayın
nəzərlərini istəyə bilər.
-
Qurultayın
rəsmiyyət qazanması üçün ən az üzvlərin yarısının iştirak etməsi
lazımdır.
-
Əsasnaməni dəyişdirmək və ya Ocağı baglamaq üçün
üzvlərin ¾ -nün qatilması lazımdır.
-
Cağırılmış qurultay rəsmi ola bilmədiyi təqdirdə
təzə qurultay cağrılmalıdır. Bu qurultaya qatılanların sayına baxmadan
rəsmiyyəti vardır. Bunu qurultaya cağrıldığı zaman üzvlərə bildirmək
gərəkdir.
-
Qərarlar səs
çoxluğu ilə qəbul edir, müxalif-müvafiq səs eyni sayda olursa sədrin
səsi üstünlük qazanır.
Əsasnamenin
dəyişdirilməsində və Ocağın baglanmasında səslərin üçdə ikisi lazımdır.
-
Qurultay
qərarlarından protokol götürülməsi lazımdır. Səslərin nəticələri,
qurultayın zamanı və yeri qeyd edilməlidir. Bu protokola protokolcu
və sədr imza çəkməlidir.
§11 Göstərişlər
Üzvlər tərəfindən
qurultaya verilməsi istənən göstərişlər bes gün əvvəlcədən yazılı
olaraq müdir heyyətinə təqdim edilməlidir.
§12 Fövqəladə
qurultay
Müdir heyyəti hər an
fövqəladə qurultay cağıra bilər.
Üzvlərin də ücdə
birinin qurultaya çağırma haqlari vardır. Bu qurultayda hədəf və
məqsəd yazılı olaraq müdir heyyətinə bildirilməlidir.
Fövqəladə qurultay
rəsmi qurultayla eyni haqlara malikdir.
§13 Ocağın bağlanması
-
Ocağın bağlanması
ancaq rəsmi qurultayların qerarı ilə və 9-cu maddəyə əsaslanaraq
mümkün ola bilər.
-
Ocağın bağlanılması
istənildiyi təqdirdə iş başında olan müdir heyyəti hər seyə
mə’suliyyətli hesab olunurlar. Bu istək onların hamısının qerarı ilə
mümkündür. Bunlarin təsviyə hesab haqqında olan vəzifə və haqları
Alman mə’dəni qanununun 47-ci maddəsində qeyd olunmuşdur.
-
Ocağın
bağlanmasında və ya qanuni haqlarını əldən verdiyi halda onun
var-yoxu (pulu, əsyaları) eyni haqları daşıyan bir cəmiyyətə ya da
vergi baxımından himayə olunan bir tə’lim və ya müəssisəsinə verilir.
§14 Qanunlaşma
Bu əsasnamə
20.11.2003 də qeyd olundu. Eyni zamanda Köln şəhərində cəmiyyətlər
dəftərinə qeyd olunduğundan keçərlidir.
*************************************************************************************************************************************************************************
Registeriert:Amtsgericht
Köln 20AR49/88
آذربایجان کولتور اوجاغی نین اساسنامه سی
آدی- ثبت اولان یئری
ایش ایلی
1-1 جمعیتین آدی:
آذربایجان کولتور اوجاغی
2-1 اوجاق ثبته
یئتیشدیکدن سونرا ثبت اولونموش بیر جمعیت تانینیر.
3-1 جمعیت ین ثبت
اولان یئری کولن شهری دیر.
4-1 ایش ایلی مسیحی
ایلی اولاراق حسابلانیر.
اوجاغین هدفی-
خئیرییه لیک
1- آذربایجان
کولتورونو گئنیشلندیریب ، اونو تانیییب و تانیتدیرماق.
آنا دیلیمیزی دوزگون
یازیب اوخوماسینی اویره نیب و گله جک نسله اویره تیلمه سی یولوندا
چالیشماق.
2-اوجاق یالنیز
خئیرخواه بیر جمعیت دیرکی، آلمان وئرگی(مالیات) قانونلاریندا خئیر خواه
جمعیتلره تانینان امتیازلارا اویماقراریر.
اوجاق فداکارلیق
پرنسیبلرینه دایانان بیر قورولوش دورکی، اوز اقتصادی هدفلری اوچون
چالیشمیر.
3-اوجاغین گه لیرلری
فقط اساسنامه ده قید اولونان هدفلره اویقون شکیلده خارجانمالیدیر. عضولرین
هئچ بیر شکیلده پایی یوخدور و بو گه لیرلر خصوصی هدفلر اوچون خارجانا
بیلمز.
4-اوجاغین گه
لیرلریندن اوجاغیناوجاغین هدفلرینه اویقون اولمایان یئرده خارجاناماز.
5-اوجاق باغلاندیغی
و یا اوجاغین هدفلرینین ده ییشدیگی تقدیرده اونون وار -یوخو ( پولو-شئیلری
) اوزونه اویقون بیر جمعیت ین اختیاریندا قویولور. یا دا بیر خئیرییه
جمعیتی نه وئریلیر.
عضویت
1- بوتون آلماندا
یاشایان علاقمند آذربایجانلی لار عضو اولا بیلیرلر . باشقا شخصلر (
آذربایجانلی اولمایانلار ) افتخاری عضو اولابیلیرلر. آمما سئچگی لره
قاتیلما و تصمیم لره قاتیلما حقلری یوخدور.
2-عضو اولماق ایسته
ین هر کس آدینی ،مسلکینی، ائولی-سوبایلیغینی ،یاش و عنوانینی یازیب وئرمه
لیدیر.او بو ایسته یی ایله اوجاغین اساسنامه سینی قبول ائدیر.مدیره هئینی
اونون ایسته یینین قبول اولماسینا قرار وئریر. اونون قبول ائدیلمه مه سینه
هئچ بیر سبب گوسته رمک لازیم دئییلدیر.
عضولرین حقلری و
وظیفه لری
1-اوجاغا عضو اولان
هر کس اوجاغین هدفلری اوغروندا چالیشمالیدیر. و اونون تصمیم و قرارلارینی
یئرینه گه تیرمه لیدیر.
2-اوجاغین سئچگی
لرینده اشتراک ائدیب، سئچمک و سئچیلمک حقینه مالیکدیر . بونو باشقاسینا
حواله ائده بیلمز.
هر عضو آلتی آی عضو
اولماق شرطیله سه س وئرمک حقی واردیر.
عضویت حقی
1-هرعضو عضویت حقی
وئرمه یه موظف دیر. بو ایل باشا چاتمادان بیر ایللیک اولاراق وئرمه لیدیر.
عضویت مقداری
قورولتای طرفیندن تعیین ائدیلیر.
2- عضویت حقی بیر
ایل دالی یا دوشدوغو تقدیرده ، ایکی دفعه خاطیرلادیلیر، تیکرار وئرمه دیگی
تقدیرده عضویت لیکدن سیلینیر.
عضویتین سیلینمه سی
1-عضویت سونا چاتار:
1-1-عضوون
اولدویونده.
2-1-عضوون اوز ایسته
یی ایله.
3-1- عضوویت لیسته
سیندن سیلیندیگی ینده.
4-1-اوجاقدان
آتیلدیغی تقدیرده.
2-اوز ایسته یی ایله
اوجاقدان چیخماق ، آنجاق ایل سونوندا اولار.او بونو مدیره هئیتی نین
بیرینه کتبی اولاراق سئپتامبرین 30 -نا قده ر خبر وئرمه سی لازیمدیر.
3-عضویت حقی وئرمه
ینلر 5-نجی ماده نین 2-نجی بولومونه مدیره هئیتی نین قرارینا گوره آدلاری
سیلینیر.
4-مدیره هئیتی نین
قرارینا گوره بیر عضوون آدی موهوم بیر دلیاه گوره سیلینه بیلیر.
سیلینمه یه سبب
اولان دلیل لر:
1-4-عضویت حقی وئرمه
مک.
2-4-اساسنامه یه
اویماماق و اوجاغین آلدیغی قرارلارا و منافعی نه قارشی حرکت ائتمک.
3-4-اوجاغین ایچیند
ه و ائشی یینده اوجاغا قارشی صداقت سیز حرکت ائتمک.
4-4- اوجاغین
پولوندان و گه لیرلرینده ن خصوصی هدفلر اوچون ایستیفاده ائتمک.
5-4-اوجاغا مالی و
اخلاقی ضرر وورماق
6-4-مدیره هئیتی
طرفیندن بونا بنزه رحرکتلرین تشخیصی سونوجوندادا سیلمه یه قرار آلا بیلیر.
قرار آلینمادان
قاباق او عضوه یازیلی ویا سوزلو اولاراق اوزوندن مدافعه ایمکانی وئریلمه
لیدیر.
مدیره هئیتی نین
قراری ایله بیر ویا نئچه نفرین آدی قئید ائدیلدیگی شکیلده سیلینه بیلیر.
مدیره هئیتی نین بو
قراری قورولتایدا عضوون حضوروندا اعلان ائدیلیر.
اوجاغین اورقانلاری
اوجاغین اورقانلاری
بونلاردان عبارتدیر:
آ ) مدیره عئیتی
ب) قورولتای
مدیره هئینی
1-مدیره هئیتی صدر
،صدر معاونی ،مالی مسئول ( قانونا گوره مدیره هئیتی دیرلر ) یازی مسئولو و
تشکیلات مسئولوندان عبارتدیر.
اوجاغین صدری
اوجاغین حقوقو مسئولودور. او اولمادیقدا بو وظیفه نی صدر معاوینی و سونرا
دا مالی مسئول عهده دار اولورلار . قارشی سی آلینماسی اوچون دلیل گه تیرمه
یه احتیاج یوخدور.
2-مدیره هئیتی
اوجاغین قورولتایی طرفیندن سئچیلیر. مدیره هئیتی نه سئچیلمک اوچون ان آز
بیر ایل عضو اولماق لازیمدیر.مدیره هئیتی عضولرین آراسیندان ال قوزاماق
شکلینده ایکی ایل اوچون سئچیلیر.
3-یئنی همیره هئیتی
سئچیله نه قده ر قاباق کی مدیره هئیتی وظیفه سینده قالمالیدیر.مدیره هئیتی
افتخاری دیر تیکرار سئچیله بیلیرلر.
4-مدیره هئیتی نین
عضولریندن بیری هر هانسی سببلره گوره آیریلیرسا، اونون یئرینی علی البدل
عضولردن بیری آلماسی لازیمدیر.
مدیره هئیتی نین
وظیفه لری
مدیره هئیتی اوجاغین
بوتون فعالیتلرینه مسئولدور.اورا قده رکی،بو فعالیت اساسنامه یه گوره
اوجاغین آیری بیر اورقانینا وئریلمه میشدیر. اونون آنا وظیفه سی بونلاردان
عبارتدیر:
1-قورولتایا
حاضیرلیق،
2-قورولتایین
چاغریلماسی،
3- تزه ایش ایلی
اوچون بیر فعالیت و بودجه پیلانی حاضیرلاییب و گئچن ایل اوچونده قئید
اولونموش بودجه و فعالیتلر باره ده گزاریش.
4-تزه ایش قرارلاری
باغلاماق و باغلانان اسش قرارلارینی لغو ائتمک.
5- عضو اولوب -اولما㺷اق
و یا قئیدلرین سیلینمه سی باره ده قرار وئرمک.
مدیره هئیتی اوجاغین
حوقوقی نوماینده سیدیر.
قورولتای
1-قورولتای هر ایلین
ایلک اوچ آیی ایچینده تشکیل تاپیر.ایکی هفته قاباخدان قورولتایین پروگرامی
اعلان ائدیلمه لیدیر.
2-قورولتای
آشاغیداکی موضوع لار حقده قرار وئره بیلیر:
1-2-مدیره هئیتی نین
گله جک ایل اوچون حاضیرلادیغی بودجه و فعالیت پروگرامینی قبول ائدیب، گئچن
ایلین گزاریشینی تایید ائتمک،قاباقکی مدیره هئیتی نین فعالیتینه سون وئرمک.
2-2-عضوویت لیک
پولونوتعیین ائتمک،
3-2-یئنی مدیره
هئیتی سئچمک،
4-2-اساسنامه نی ده
ییشدیرمک،
5-2-عضوویت گه
لیرلرینین و مصرف لرین تعیینی،
6-2-مدیره هئیتی نین
عضولرین عضوولوکدن سیلینه باره ده آلدیقلاری قرارلارحقده تصمیم توتماق.
7-2-اوجاغین
باغلانماسیناقرار وئرمک.
5
مدیره هئیتی نین
مسئولیتی خاریجینده اولان موضولارحقده قورولتای مدیره هئیتی نه توصیه قراری
آلار، عین زاماندا مدیره هئیتی ده آدی گئچن دوروملاردا قورولتایین نظرینی
ایسته یه بیلیر.
3-قورولتایین رسمیت
قارانماسی اوچون ان آز عضولرین یاریسی نین ایشتیراک ائتمه سی لازیمدیر.
-اساسنامه نی ده
ییشدیرمک و یا اوجاغین باغلاماق اوچون عضولرین دورده اوچونون(اوچ چه ره
یی)قاتیلماسی لازیمدیر.
-چاغیریلمیش
قورولتای رسمی اولانمادیغی تقدیرده تزه بیر قورولتای چاغیریلمالیدیر.بو
قورولتایا قاتیلانلارین سایی سینا باخمادان رسمیتی واردیر . بو قورولتایا
چاغریلدیغی زامان عضولره بیلدیریلمه سی گه ره کیر.
4-قرارلار بیر
جوخونلوقلا قبول ائدیلیر. موخالیف -موافیق سه س عین ساییدا اولورسا صدرین
سه سی اوستونلوک قازانیر.
اساسنامه نین ده
ییشدیریلمه سینده و اوجاغین باغلانماسیندا سه سلرین اوچده ایکی سی
لازیمدیر.
5-قورولتای
قرارلاریندان پروتوکول گوتورولمه سیلازیمدیر. سه سلرین نتیجه لری،
قورولتایینزامانس و یئری قئید ائدیلمه لیدیر.بو پروتوکولا، پروتوکولچو و
صدر قول چکمه لیدیرلر.
پیشنهادلار
عضولر طرفیندن
قورولتایا وئریلمک ایسته نن پیشنهادلار5-گون قاباقدان یازیلی اولاراق مدیره
هئیتی نه وئریلمه لیدیر.
فوق العاده قورولتای
مدیره هئیتی هر آن
فوق العاده قورولتایا چاغیرا بیلیر. عضولرینده اوچده بیری یازیلی اولاراق
فوق العاده قورولتایا چاغیرما حقلری واردیر. بوقورولتای دان هدف و مقصد
یازیلی اولاراق مدیره هئیتی نه بیلدیریلمه لیدیر. فوق العاده قورولتای رسمی
قورولتای لا عین حقلره مالیکدیر.
اوجاغین باغلانماسی
1-اوجاغین
باغلانماسی فقط رسمی بیر قورولتایین قراری ایله و 9-نجو ماده نین گره
یینجه مومکوندور.
2-اوجاغین
باغلانیلماسی ایسته نیلدیگی تقدیرده ایش باشیندا اولان مدیره هئیتی تصویه
مسئولو اولورلار.بو ایستک اونلارین هامیسی نین قراری ایله
مومکوندور.بونلارین تصویه حساب حقده اولان وظیفه و حقلری آلمان مدنی
قانونون 47-نجی ماده سینده قئید اولونموشدور.
3-اوجاغین
باغلانکاسیندا و یا قانونی حقلرینی الدن وئردیگی حالدا اونون وار -یوخ (
پول -شئیلر䏸
) عین حقلری داشییان بیر جمعیته و یا وئرگی ( مالیات ) باخیمیندان حمایت
اولونان بیر تعلیم و تربیت موسسه سینه وئریلیر.
قانونلاشما
بو اساسنامه
22.12.2002 ده تصویب اولدی . عین زاماندا ( کولن ) شهرینده جمعیت لر
دفترینه قئید اولدوغو آندان گئچه رلیدیر.